- Xəbər news
- 22:34 14.11.2024
Rumıniya milli komandasının və “Çelsi”nin sabiq futbolçusu Adrian Mutunun yeni iş yeri məlum olub.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis “Universitatya Krayova” klubuna baş məşqçi təyin olunub. Mutu ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Rumıniyalı mütəxəssis “Universitatya Krayova”da aylıq 7 min avro qazanacaq. Komanda ardıcıl 4 oyunda məğlub olsa, rumıniyalı mütəxəssis maaş almayacaq. Mutunun qarşısına qoyulan hədəf 2021/22 mövsümünü Rumıniya çempionatında ilk üçlükdə bitirməkdir.
Qeyd edək ki, Mutu son olaraq Rumıniyanın U-21 millisini çalışdırıb.