27 oktyabr 2024. Bazar günü

Dadaşovun komandasına 1 qol bəs etdi


Dadaşovun komandasına 1 qol bəs etdi

Futbol üzrə ABŞ birinci liqasında 6-cı turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Sakramento Ripablik”in qonağı olub. “Finiks Rayzinq” bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu sonadək mübarizə aparıb. Millimizin futbolçusu 35-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Cari mövsümdə keçridiyi 5 oyunda 12 xal toplayan “Finiks Rayzinq” hazırda birinci pillədə qərarlaşıb.







Xəbər news