- Xəbər news
- 01:00 22.01.2026
“Juventus” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Atletico”ya 0:2 hesabı ilə məğlub olub.
Corner.az-ın məlumatına görə, ötən mövsüm ÇL-in qrup mərhələsində “Atletcko”nun rəqibi olmuş "Qarabağ" rəsmi "Facebook” səhifəsi maraqlı paylaşım edib. Ağdam təmsilçisi paylaşımda “Juventus”a “ilişib”. “Qarabağ”ın sosial şəbəkə hesabı Madriddə “Atletico”ya vurduğu qolun videosunu paylaşaraq, bu sözləri qeyd edib: "Juventus”, “Atletico”ya necə qol vurmağı görmək istəyirsiz? Miçel, bəlkə bir oyun(luq)?".
Xatırladaq ki, “Qarabağ” ötən mövsüm “Atletico” ilə evdə 0:0, səfərdə isə 1:1 hesablı heç-heçə edib.