27 oktyabr 2024. Bazar günü

Konfrans Liqası: Klublarımızın təsnifat mərhələlərindəki qazancı açıqlandı


Konfrans Liqası: Klublarımızın təsnifat mərhələlərindəki qazancı açıqlandı

UEFA Konfrans Liqasında təsnifat mərhələləri üçün mükafatın məbləği açıqlanıb.

Corner.az-ın məlumatına görə, I təsnifat mərhələsində uduzanlar 150 000 avro, II təsnifat mərhələsində uduzanlar isə 350 000 avro əldə edəcək.

III təsnifat mərhələsində məğlub olanlara 550 000 avro, pley-offda yenilənlərə isə 750 min avro veriləcək.

Üstəlik, klubların hər biri hansısa təsnifat mərhələsinə qatılması qarşılığında əlavə 100 000 avro əldə edəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən "Qarabağ", "Keşlə" və "Sumqayıt" mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Bu isə o deməkdir ki, hər üç komanda ilk görüşdə uduzsa, büdcəsinə 450 min avro əlavə edəcək.

Daha əvvəl Konfrans Liqasının qrup və daha sonrakı mərhələlərinin mükafat fondu açıqlanıb.

Xatırladaq ki, klublar ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində 240 min avro qazanıb.







Xəbər news