27 oktyabr 2024. Bazar günü

Aquerodan Mançester Siti'nin əməkdaşlarına jest - FOTO


Aquerodan Mançester Siti'nin əməkdaşlarına jest - FOTO

“Mançester Siti”dən ayrılan Serxio Aquero klubun işçilərinə jest edib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı hücumçu “Mançester Siti”nin 60 işçisinə saat hədiyyə edib. O, saatların arxasına “Təşəkkür edirəm! Kun Aquero” yazdıraraq, 10 il çıxış etdiyi klubun işçilərinə təşəkkür edib.

Hədiyyə edilən saatların dəyəri 1200-1650 funt-sterlinq arasında olub. Argentinalı futbolçu bundan başqa, “Mançester Siti”dən bir nəfərə “Range Rover” markalı avtomobil hədiyyə edib. O, klubun işçilərinə maddi yardım da edib.

“Mançester Siti”dən ayrılan Aquero “Barselona” ilə iki illik müqavilə imzalayıb.









Xəbər news