- Xəbər news
- 22:34 14.11.2024
“Qarabağ”ın hücumçusu Mahir Emrelinin karyerasını Polşada davam etdirəcəyi dəqiqləşib.
Corner.az xəbər verir ki, Polşa çempionu “Legiya” 23 yaşlı futbolçunu transfer edib.
Polşa təmsilçisi rəsmi saytı vasitəsilə bu keçidi rəsmi olaraq təsdiqləyib. Məlumatda, Azərbaycan milli komandasının üzvünün şənbə günü Polşanın paytaxtı Varşavaya gəldiyi qeyd olunub. Mahirin yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacağı qeyd olunub.