- Xəbər news
- 22:34 14.11.2024
İsveçrə milli komandasının və “Arsenal”ın keçmiş futbolçusu Yohan Djuru karyerasını bitirib.
Corner.az xəbər verir ki, 34 yaşlı müdafiəçi bu barədə şəxsi “İnstagram” hesabında paylaşıb. O, 17 illik futbolçu karyerasına yekun vurduğunu deyib.
Djuru karyerası ərzində “Hamburq”, “Hannover”, “Arsenal”, “Birmingem”, SPAL və “Antalyaspor” kimi klublarda çıxış edib. Müdafiəçinin son klubu Danimarka “Norşelland”ı olub.