- Xəbər news
- 22:34 14.11.2024
Futbol üzrə Qırğızıstan və Monqolustan yığmaları arasında DÇ-2022-nin Asiya zonası üzrə seçmə mərhələ oyununda maraqlı hadisə yaşanıb.
Corner.az xəbər verir ki, matçın startına 2 saat qalmış meydan sahiblərinin heyətində hər 3 qapıçının koronavirus testi müsbət çıxıb. Nəticədə komanda meydana qolkipersiz çıxıb. Belədə qapını müdafiəçi Ayzar Axmetov qorumalı olub.
Yaponiyanın Osaka prefekturasında baş tutan görüş Monqolustan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, F qrupunda yer alan yığmalardan Qırğızıstan sona 2 tur qalmış 7 xalla 3-cü, 10 xalı olan Monqolustan isə sonuncudur.(report)