- Xəbər news
- 22:34 14.11.2024
Ukraynalı hücumçu Artyom Milevski "Minay"da komanda yoldaşı olmuş Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevin qolçuluq bacarığından bəhs edib.
Corner.az-ın məlumatına görə, 36 yaşlı tanınmış futbolçu Nuriyevin daha çox fərqləndiyini bildirib.
"Daim müdafiədən oynadığımızdan, qol imkanlarımız olmurdu. Bircə Nuriyevə "afərin" düşür. O, daha çox qol vurdu, simvolik yığmaya düşdü. Gözəl iş gördü. Məndə isə hər şey gözlədiyim kimi alınmadı" deyə o, 25 yaşlı hücumçunu tərifləyib.