- Xəbər news
- 22:34 14.11.2024
İngiltərə milli komandasının və “Vest Hem”in futbolçusu Deklan Rays azarkeşlərə maraqlı vəd verib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi İngiltərə yığması ilə AÇ-2020-ni qalibi olacaqları halda, həyatında ilk dəfə pivə içəcəyini söyləyib:
“22 yaşım var və bu günə qədər heç vaxt bir bakal belə pivə içməmişəm. İnsanlara təəccüblü gəlsə də, bu belədir. Pivənin qoxusunu xoşlamıram və ona görə də heç vaxt içməmişəm. Lakin, AÇ-2020-ni qazansaq, içməyə çalışacam. Dadına baxacam, amma dərhal da tüpürəcəm”.
AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. İngiltərə yığması turnirin qrup mərhələsində Xorvatiya, Çexiya və Şotlandiya ilə qarşılaşacaq.