27 mart 2026. Cümə

Messidən Keniyaya dəstək – 200 min avro bağışladı!


Messidən Keniyaya dəstək – 200 min avro bağışladı!

Barcelona”nın hücumçusu Lionel Messi, Keniyaya kömək üçün başladılan kampaniyaya dəstək olub.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu UNİCEF-in Keniyada su və ərzaq tədarükü üçün başlatdığı kampaniyaya 200 min avro bağışlayaraq, dəstək olub.Kampaniya nəticəsində, uşaqlar da daxil olmaqla, 2 mindən artıq insanın evində və məktəblərdə su problemi həll olunacaq.Bundan başqa, layihə sayəsində 4 min insanın qida probleminin həll olunacağı bildirilir.

Qeyd edək ki, Keniyada hazırda 58 min insan su və qida azlığından əziyyət çəkir.







Xəbər news