3 fevral 2026. Çərşənbə axşamı

Qədirzadə oynadı, komandası uduzdu


Qədirzadə oynadı, komandası uduzdu
Futbol üzrə Gürcüstan çempionatında 17-ci turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin çıxış etdiyi “Samtrediya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Tiflis “Dinamo”sunu qəbul edib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
 
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 77-ci dəqiqədə meydana buraxılıb.
 
“Samtrediya” 17 oyuna topladığı 10 xalla hazırda 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO