3 fevral 2026. Çərşənbə axşamı

Şenol Güneş Qurban Qurbanova forma hədiyyə etdi


Şenol Güneş Qurban Qurbanova forma hədiyyə etdi

Avropa çempionatının A qrupunun 2 oyununu Bakıda keçirəcək Türkiyə millisi Uelslə matçdan əvvəl ilk məşqinə çıxıb.

Corner.az-ın məlumatına görə, "Bakcell Arena"da gerçəkləşən hazırlıq prosesində iki futbolçu iştirak etməyib.

Çağlar Söyüncü və Umut Meraş komandadan kənarda - fizioterapevtlə birlikdə zalda məşq etməli olub.

"Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov "ay-ulduzlular"ın təlim-məşq toplanışını ziyarət edib. Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş 49 yaşlı mütəxəssisə millinin imzalı formasını verib.

Qeyd edək ki, AVRO-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşacaq. Kollektiv 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO