27 oktyabr 2024. Bazar günü

Ronaldo Coca-Cola'dan imtina etməyə çağırdı - FOTO


Ronaldo Coca-Cola'dan imtina etməyə çağırdı - FOTO

Portuqaliya yığmasının və "Yuventus"un hücumçusu Kriştiano Ronaldo AVRO-2020-nin mətbuat konfranslarından birində “Coca-Cola” içkisindən imtina etməyə və təbii su içməyə çağırıb.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı futbolçu jurnalistlərlə ünsiyyət üçün mətbuat mərkəzində öz yerini tutub. Tədbir zamanı reklam məqsədilə onun qarşısına “Coca-Cola” içkisinin iki butulkası qoyulub.Təcrübəli forvard həmin qazlı içkini götürüb, içində adi suyun olduğu butulkanı əlinə götürərək onu yuxarı qaldırıb və jurnalistlər, kameralar qarşısında əli ilə həmin su butulkanı nümayişkaranə yelləyib.









Xəbər news