- Xəbər news
- 15:12 27.11.2025
Tottenham-ın keçmiş futbolçusu Dimitar Berbatov, Real Madrid-in heyətində tənqid olunan keçmiş komanda yoldaşı Gareth Bale haqqında açıqlama verib.
Corner.az xəbər verir ki, 38 yaşlı sabiq futbolçu, uelsli hücumçuya Real-da haqsızlıq edildiyini deyib: “Bir futbolçu oynadığı klubda dəyər görmürsə, komandadan ayrılmalıdır. Nə vaxt Real-da işlər pis getsə, Bale'ni günahlandırırlar. Bunu başa düşə bilmirəm, ona haqsızlıq edirlər. Onun keçirdiyi 30 oyunda 12 qolu var.Bale Real-ın “günah keçisi” oldu”.
Bolqarıstanlı futbolçu, Bale'nin Tottenham-a qayıtma ehtimalı ilə bağlı da fikirlərini bildirib: “Bale Tottenham-a gedərmi, bilmirəm. Pul məsələsi vacibdir. Tottenham-ın bir futbolçu üçün 100 milyon avro ödəyəcəyini düşünmürəm. Amma Bale Premyer Liqadakı hər klubda oynaya biləcək səviyyədədir. Onu yenidən İngiltərədə görmək gözəl olardı”.
Qeyd edək ki, Berbatovla Bale 2007-2008-ci il mövsümündə Tottenham-da birlikdə oynayıblar.