- Xəbər news
- 15:12 27.11.2025
İtaliya Juventus'un sabiq hücumçusu Alessandro Del Piero ABŞ-ın Los-Anceles şəhərində LA10FC futbol klubunu alıb.
Corner.az-ın məlumatına görə, bu barədə italiyalı futbolçunun özü açıqlama verib. O, 2018-ci ilin sonlarında həvəskarlar liqasında çıxış edən kiçik klub aldığını bildirib. Del Piero bu xəbəri ilk dəfə ictimaiyyətə çatdırmasının səbəbini belə izah edib: "Bu layihə məni dərhal fəth etdi. Komandanın rəngləri ağ, qara və bozdur". (report)