- Xəbər news
- 22:34 14.11.2024
Futbol üzrə Gürcüstan çempionatında 18-ci turun oyunları keçirilir.
Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin çıxış etdiyi “Telavi” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Şukura” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Vüqar bu görüşün iştirakçısı olmayıb. 27 yaşlı futbolçunun adı bu görüşün iştirak ərizəsində də yer almayıb.
Qeyd edək ki, “Telavi” cari mövsümdə keçirdiyi 18 oyunda cəmi 11 xal toplayıb və 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.