Chelsea-nin baş məşqçisi Maurizio Sarri qapıçı Kepa Arrizabalaga ilə qalmaqaldan danışıb.
Corner.az xəbər verir ki, çalışdırıcı Liqa kubokunun finalında Manchester City ilə penaltilər seriyasında (0:0, 3:4) qolkiperi əvəzləmək istəyib. Arrizabalaga etiraz edib. Sarri deyib: “Düzü, əvvəlcə nə baş verdiyini bilmədim. Komandanın həkimi qapıçımıza tərəf gedəndə elə bildim ki, Kepada qıcolma baş verib. Penaltilər seriyasına hazır deyil. Xoşbəxtlikdən belə deyilmiş. Problem yox idi. Sadəcə, anlaşılmazlıq oldu. Onunla danışdım. Baş verənlərə aydınlıq gətirdim”,- Sarri bildirib.
"Goal.az"