28 may 2026. Cümə axşamı

İran millisi ona tapşırılacaq


İran millisi ona tapşırılacaq

İtaliyalı mütəxəssis Vincentso Montellanın yeni iş yeri müəyyənləşib.

Corner.az xəbər verir ki, 44 yaşlı mütəxəssis İran millisinə rəhbərlik etməyə yaxındır. İran Futbol Federasiyasının italyalı məşqçiyə rəsmi təklif göndərdiyi, Montellanın bir neçə gün vaxt istədiyi bildirilib.

Montella razılaşacağı təqdirdə, illik 1,5 milyon avro məvacib alacağı, 3 illik sözləşmə imzalanacaq.

Qeyd edək ki, Montellanın son iş yeri İspaniyanın Sevilla klubu olub.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı