- Xəbər news
- 22:34 14.11.2024
Polşanın “Legiya” komandası bu gün Avstriya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Corner.az xəbər verir ki, Varşava təmsilçisi Rusiya “Krasnodar”ı ilə qarşılaşıb.
Polşa çempionu bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Azərbaycan millisinin hücumçusu Mahir Emreli də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.
Komandasının yeganə qolunu da azərbaycanlı futbolçu vurub. 24 yaşlı hücumçu ilə 39-cu dəqiqədə qapıçının səhvindən sonra hesabı açıb.
Qeyd edək ki, Mahir daha əvvəl “Legiya”nın “Bişofshofen”lə yoxlama oyununda iştirak etmiş və het-trikə imza atmışdı. O, 5:0 hesablı qələbəyə sevindikləri həmin görüşdə 60 dəqiqə meydanda olmuşdu.