23 noyabr 2024. Şənbə

UEFA Simeoneyə intizam işi açdı


UEFA Simeoneyə intizam işi açdı
UEFA Atletico-nun baş məşqçisi Dieqo Simeone ilə bağlı intizam işi açıb.

Corner.az Goal.az-a istinadən yaydığı xəbərə görə, buna argentinalı mütəxəssisin Çempionlar Liqasının 1/8 finalında Juventus-la ilk matçda (2:0) etdiyi qeyri-etik hərəkət səbəb olub.

Simeone Juventus-un qapısına vurulan ilk qolun sevincini qeyri-etik şəkildə qeyd edib.

Əlavə edək ki, onun ən azı 1 oyunluq diskvalifikasiya edəcəyi gözlənilir. Təcrübəli çalışdırıcının cəzasının ağır ola biləcəyi də istisna olunmur.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir