- Xəbər news
- 22:34 14.11.2024
Polşanın “Legiya” komandasının baş məşqçisi Çeslav Mixneviç Rusiyanın “Krasnodar” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Corner.az xəbər verir ki, 51 yaşlı mütəxəssis, 1:1 hesabıyla bitən görüşdə komandasının yeganə qolunu vuran Mahir Emreli haqda da danışıb:
“Düşünürəm ki, Mahir 3-5-2 sistemində daha rahat olur. Bir anda mənə yaxınlaşdı və top almaq üçün geri dönə biləcəyini dedi. Mahir futbol oynamağı sevir. O, özünə vəziyyət yaratmağı bacarır. Lakin Mahir də geri çəkilsə, qabaqda heç kim qalmayacaq. O, özündən daha qabaqda olan bir hücumçu ilə birlikdə çıxış edə bilər. Bu zaman Mahir daha rahat oynayacaq. Düşünürəm ki, bu, ona daha çox qol vurmağa və özünü rahat hiss etdiyi bir oyun oynamağa kömək edəcək”.
Mahir “Legiya” ilə 2 oyunda 4 qol vurub.