- Xəbər news
- 22:34 14.11.2024
CIES Football Observatory analitik mərkəzi 2018-ci ildə Avropanın ən böyük 5 liqasında ən çox driplinq edən 50 futbolçunun siyahısını dərc edib.
Corner.az-ın məlumatına görə, siyahının ilk pilləsində "Barcelona"nın hücumçusu Lionel Messi yer alıb. O, orta hesabla hər 19.2 dəqiqədən bir driblinq edib. Allan Sen-Maksimen ("Nice", 19.8) ikinci, Eden Hazard ("Chelsea", 21) üçüncü yerdə qərarlaşıb.Kylian Mbappenin (PSG) 29-cu olduğu siyahıya Cristiano Ronaldo ("Juventus") daxil olmayıb.
Qeyd edək ki, təhlil ən azı 1800 dəqiqə (Bundesliqada oynayanlar 1500 dəqiqə) meydanda olan futbolçular arasında aparılıb.