- Xəbər news
- 22:34 14.11.2024
İngiltərə Hava Qəzaları Araşdırma Mərkəzi, mərhum futbolçu Emiliano Salanın dünyasını dəyişdiyi təyyarə qəzasıyla bağlı açıqlama verib.
Corner.az xəbər verir ki, qurumdan edilən açıqlamada, təyyarənin pilotu David İbbotsonun səhvlər etdiyi bildirilib.İbbotsonun sadəcə xüsusi uçuşlar üçün lisenziyasının olduğu qeyd olunub. Ticari məqsədlərlə uçuşuna isə icazə verilmədiyi deyilib. Pilot, lisenziyasında görmə məsafəsi aşağı olan havalarda uçuş etməməyi qəbul etmiş, ancaq qəza baş verən günü havanın buludlu və görmə məsafəsinin aşağı olduğu bildirilib.
Qeyd edək ki, mərhum futbolçunun ailə üzvləri də bir neçə gün əvvəl Salanın öldürüldüyünü iddia etmişdi.