- Xəbər news
- 22:34 14.11.2024
“Borussiya Dortmund”un hücumçusu Erlinq Haland tətilini Yunanıstanın Mikonos adasında keçirir.
Corner.az xəbər verir ki, 20 yaşlı futbolçu axşam yeməyində dostlarına qonaqlıq verib. Bu barədə Yunanıstanın “sportime.gr” saytı məlumat yayıb. Məlumatda, Haland üçün bu ziyafət 500 min avroya başa gəldiyi vurğulanıb. Norveçli futbolçunun bu məbləği 5-6 saat ərzində xərclədiyi bildirilib.
Haland bundan başqa, 30 min avroya da avtomobil icarəyə götürüb.
Halandın ötən mövsüm 40 oyunda 40 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.