Hazırda bir çox futbol platformasında tətbiq olunan VAR sistemi Azərbaycana da gələcək. Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib.
“CBC Sport” kanalında “Təkbətək” verilişində qonaq olan baş katib bildirib ki, martın 4-də keçirilək AFFA-nın konfransında bu sistemin təqdimatı olacaq. Daha sonra isə bununla bağlı əməli fəaliyyətə başlanılacaq: “Öncə Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) müraciət edərək, belə bir istəkdə olduğumuzu bildirəcəyik. Cavab böyük ehtimalla müsbət olacaq”.
Məmmədov bu istiqamətdə tender elan olunacağını da qeyd edib: “Hazırda VAR sisteminin quraşdırılması ilə məşğul olan 3 şirkət var. Tender prosesinin yekunu 3-4 ay çəkə bilər. Daha sonra 10 ay ərzində təlimlər tətbiq olunacaq və nəhayət, VAR praktik tətbiq olunacaq”.