- Xəbər news
- 22:34 14.11.2024
Polşanın “Legiya” komandasının baş məşqçisi Çeslav Mixneviç yerli mətbuata müsahibə verib.
Corner.az “legionisci.com” saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis, “Mahir Emrelinin ulduz olma potensialı varmı” sualını belə cavablandırıb:
“İstərdim ki, olsun. Potensialı var, ancaq bu çempionata potensialı çox olan fərqli futbolçular gəldi və hamısında yaxşı alınmadı. Yaxşı oynaması və bizə kömək etməsi üçün hər şeyi edəcəyik. Ulduz ola biləcək? Olmasını istərdim, ancaq əvvəldən bir şey demək istəmirəm”.