- Xəbər news
- 22:34 14.11.2024
"Liverpul"un baş məşqçisi Yurgen Kloppun oxşası Avropa çempionatının 1/8 final mərhələsində keçirilmiş İngiltərə - Almaniya matçına gəlib.
Corner.az-ın məlumatına görə, həmin şəxs 54 yaşlı mütəxəssis kimi eynəklə papaq taxıb və Mersisayd təmsilçisinin idman formasını geyinib.
O, İngiltərənin qələbəsi münasibəti ilə fanatları əyləndirib və Kloppun hərəkətlərini parodiya edib.
Qeyd edək ki, Londondakı "Uembli" stadionunda keçirilmiş qarşılaşma Britaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. İngiltərə 1/4 finalda Ukrayna ilə üz-üzə gələcək.(report)