- Xəbər news
- 22:34 14.11.2024
İtaliya millisinin sabiq müdafiəçisi Salvatore Bokketti karyerasını başa vurub.
Corner.az xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu öz şəxsi sosial şəbəkə hesabında yazıb.
“Askoli”nin yetirməsi olan Bokketti, peşəkar karyerasına da bu komandada başlayıb. Lakin o, həmin dövrdə “Lansiano” və “Frozinone” klublarına icarəyə də verilib. 2007-ci ildə isə “Frozinone” onun transfer hüquqlarını alıb. 2008-2010-cu illər aralığında “Cenoa”da çıxış edən futbolçu, 2010-cu ildə Rusiyanın “Rubin” klubuna transfer olunub. Üç il Kazan təmsilçisində forma geyinən müdafiəçi, 2013-cü ildə Moskva “Spartak”ına üz tutub. 2019-cu ilə qədər bu komandada forma geyinən Bokketti, 2015-də qısa müddət “Milan”da icarədə də çıxış edib.
2019-cu ildə vətəninə dönən italiyalı futbolçu, əvvəlcə “Verona”da oynayıb. Ötən il isə o, “Peskara”da icarədə olub.