23 noyabr 2024. Şənbə

Etirafı Ramosa baha başa gəldi - UEFA cəzalandıracaq


Etirafı Ramosa baha başa gəldi - UEFA cəzalandıracaq
Çempionlar Liqasının 1/8 finalının Ajax - Real  matçında madridlilərin müdafiəçisi Serxio Ramosun qəsdən sarı kart alması UEFA-nın diqqətindən yayınmayıb.

Corner.az xəbər verir ki, qitə fitbol qurumu bu məsələni araşdırır. İntizam komitəsi sabah Ramosla bağlı qərar verəcək.

Xatırladaq ki, Madriddə keçirilən ilk matç meydan sahiblərinin qələbəsilə başa çatıb-2:1. Matçın 89-cu dəqiqəsində qaydanı pozan 32 yaşlı Ramos sarı kart alıb. Futbolçu oyundan sonra bunu qəsdən etdiyini etiraf edib. Müdafiəçi cavab matçını buraxacaq.
"Goal.az"






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir