5 may 2026. Çərşənbə axşamı

Mahir Emreli Legiya'da növbəti qollarını vurdu


Mahir Emreli Legiya'da növbəti qollarını vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubunun heyətində növbəti qollarını vurub.

Corner.az-ın məlumatına görə, 24 yaşlı hücumçu "Yagelloniya" ilə yoxlama oyununda dubl edib.

Emreli 11-ci və 22-ci dəqiqələrdə fərqlənib. Hazırda qarşılaşmada ikinci hissə oynanılır və Varşava təmsilçisi 2:0 hesabı ilə öndədir.

Qeyd edək ki, Mahir Emreli daha əvvəl Avstriya "Bişofshofen"ini 5:0 yendikləri matçda het-trikə imza atıb. Forvard Rusiya "Krasnodar"ı ilə bərabərə qaldıqları görüşdə komandasının yeganə qolunun müəllifi olub - 1:1.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı