27 oktyabr 2024. Bazar günü

Xavi mövsümün baş məşqçisi seçildi


Xavi mövsümün baş məşqçisi seçildi

Qətərin "Əl-Sədd" klubunu çalışdıran Xavi ötən mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb.

Corner.az xəbər verir ki, komandasını məğlubiyyətsiz çempion edən 41 yaşlı mütəxəssis ölkə kubokuna da sahib çıxıb.

"Əl-Sədd"in yarımmüdafiəçisi Santi Kasorla isə mövsümün futbolçusu seçilib. 36 yaşlı ispan oyunçu meydana çıxdığı 20 görüşdə 13 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, ispaniyalı mütəxəssis 2019-cu ildən "Əl-Sədd"i çalışdırır.







Xəbər news