3 fevral 2026. Çərşənbə axşamı

Sumqayıt daha bir Türkiyə klubuna uduzdu


Sumqayıt daha bir Türkiyə klubuna uduzdu

2021/22 mövsümünə hazırlığı Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Corner.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri ötən mövsüm Türkiyə Super Liqasını 5-ci sırada bitirərək Avropa Konfrans Liqasında iştirak hüququ qazanan “Sivasspor”la qarşılaşıb.

Rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada “Sivasspor”un qollarına Mustafa Yatabare (50-ci dəqiqə) və Səfa Yılmaz (71-ci dəqiqə) imza atıb.

Xatırladaq ki, “Sumqayıt” daha öncə “Keçiörengücü” ilə qarşılaşmış və həmin oyunda da 1:2 hesabıyla uduzmuşdu.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO