3 fevral 2026. Çərşənbə axşamı

Nuriyev bir gündə iki hazırlıq matçına çıxdı


Nuriyev bir gündə iki hazırlıq matçına çıxdı
Ukraynanın “Kolos” klubu ötən gün daha iki yoxlama oyunu keçirib.

Corner.az xəbər verir ki, millimizin hücumçusu Anatoli Nuriyevin çıxış etdiyi kollektiv əvvəlcə “Kramatorsk”la qarşılaşıb.
 
Futbolçumuzun komandası bu oyundan 1:0 hesabı ilə qalib ayrılıb. Nuriyev bu görüşdə 90 dəqiqə meydanda olub.
 
İkinci matçda “Kolos”un rəqibi “Dnepr-1” olub. Bu oyunda isə qalib müəyyənləşməyib. Nuriyev bu görüşdə də iştirak edib. Millimizin üzvü 62-ci dəqiqədə meydana buraxılıb.
 
Qeyd edək ki, Nuriyev daha öncə “Aleksandriya” ilə yoxlama qarşılaşmasında (2:0) iştirak etmiş və həmin oyunda penaltidən qol vurmuşdu.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO