27 oktyabr 2024. Bazar günü

Neftçi Dinamo ilə oyun üçün bilet satışından gəlirin yarısını QDF-yə ianə edəcək


Neftçi Dinamo ilə oyun üçün bilet satışından gəlirin yarısını QDF-yə ianə edəcək
“Neftçi” PFK, “Neftçi” – “Dinamo” (Tbilisi) oyununun bilet satışından əldə olunan gəlirin yarısını Qarabağ Dirçəliş Fonduna ianə edəcək.

Bu barədə Corner.az-a Qarabağ Dirçəliş Fondundan məlumat verilib.

“Neftçi” PFK iyulun 14-ü “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” oyunu biletlərinin satışından əldə olunacaq vəsaiti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurum olan Qarabağ Dirçəliş Fonduna və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna ianə edəcək.
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Dinamo” (Tbilisi) oyununun biletləri sabah saat 10:00-da satışa çıxarılacaq. Qiyməti 5 (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 (3B) və 20 (3A) AZN təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə edə bilərsiz. Kassalar saat 21:00-dək işləyəcək.






Xəbər news