24 mart 2026. Çərşənbə axşamı

Ronaldinyo: Varisim Neymardır


Ronaldinyo: Varisim Neymardır

Braziliyalı keçmiş futbolçu Ronaldinyo həmyerlisi Neymar haqda fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı sabiq futbolçu, Neymarı izləməkdən zövq aldığını deyib:

“Bəli, şübhəsiz ki, Neymar mənim varisimdir. Ölkəmizin əsas futbolçusu və braziliyaların kumiridi. Meydanda cəsarətini itirməməsi, topla irəliləməsi, bacarıqlarını nümayiş etdirməsi çox vacibdir. Onu izləmək mənə zövq verir.

Kilian Mbappe mənə bir az Ronaldonu xatırladır. Onu çox sevirəm. O, çox istedadlı və bacarıqlı futbolçudur. Əgər, Neymarla birlikdə oynamağa davam edərsə, “qızıl top”u qazanacağını düşünürəm. PSJ ən yaxşı futbolçularını heyətinə qatmağı bacarır”.








Xəbər news