- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) İdarə Heyətinin növbəti iclası keçirilib.
Corner.az-ın məlumatına görə, iclasın gündəliyinə əsasən, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
Əvvəlcə AİJF-nin 11 - 26 iyunda təşkil etdiyi “Qarabağ Azərbaycandır!“ mini-futbol turniri və qalib komanda "Qubadlı"nın 2 iyul - Beynəlxalq İdman Jurnalistləri günü və Azərbaycan Polisi günü münasibətilə Abşeron rayon Polis İdarəsinin komandası ilə yoldaşlıq görüşündə çıxışı təhlil edilib. Qərara alınıb ki, turnirdə fərqlənən idman jurnalistləri əsasında AİJF-nin yığma komandası yaradılsın. Komandaya rəhbərlik AİJF vitse-prezidenti Firuz Abdullaya həvalə edilib.
Yeni kollektivin ilk ciddi sınağı sentyabrda Gürcüstanın Batumi şəhərində keçiriləcək beynəlxalq turnirə təsadüf etməlidir. Batumi səfərinə hazırlıq məqsədilə və 22 iyul - Milli Mətbuat Günü münasibətilə Nərimanov rayon gəncləri ilə idman jurnalistləri komandası arasında yoldaşlıq görüşünün təşkili nəzərdə tutulub.
İclasda həmçinin AİJF-yə yeni üzvlük müraciətlərinə baxılıb və federasiyaya 5 nəfər yeni üzv qəbul edilib.