- Xəbər news
- 22:34 14.11.2024
Qarşılaşma yarımçıq dayandırılıb.
Həvəskar futbolçular arasında keçirilən Mini Futbol Liqasında (MFL) futbolçu hakimi döyüb.
“Qala Sığorta” – “Sabko” komandaları arasındakı oyunda ikincilərin futbolçusu Ramin Əliyev matçın baş hakimi Nahid Xasıyevə hücum çəkib.
Nəticədə qarşılaşma yarımçıq dayandırılıb. Topaz Premyer Liqası oyunlarına da təyinat alan Xasıyev polisə şikayət edib.
Əldə etdiyimiz məlumata görə, Ramin Əliyev Azərbaycan yığmasının və “Qəbələ” futbol klubunun üzvü Rauf Əliyevin qardaşıdır.
Yığmamızın forvardı hətta hakimə zəng edərək şikayətini geri götürməsini xahiş edib.(qafqazinfo.az)