- Xəbər news
- 01:00 22.01.2026
Barcelona İspaniya kubokunun yarımfinal mərhələsinin cavab matçında Real Madrid'də qalib gəldikləri oyundan sonra Madrid klubunun futbolçusu Luka Modricə zarafat edib.
Corner.az xəbər verir ki, Kataloniya klubu rəsmi Tvitter səhifəsində xorvatiyalı futbolçunun yerə yıxılarkən Messinin formasından dartdığı epizodu paylaşıb. Fotonun altında isə yazılıb: "Messinin formasını klubumuzun internet mağazasından almaq daha asan olar".