27 oktyabr 2024. Bazar günü

Peres'dən Özil'lə bağlı səs yazısı: İnter və Milan'ın bütün futbolçuları italiyalı modellə yatıb


Peres'dən Özil'lə bağlı səs yazısı: İnter və Milan'ın bütün futbolçuları italiyalı modellə yatıb

İspaniyanın “El Confidencial” nəşrinin “Real”ın prezidenti Florentino Peresin səs yazılarını yaydığını xəbər vermişdik.

Corner.az xəbər verir ki, illər əvvələ aid olan səs yazılarında 74 yaşlı funksionerin vaxtı ilə “Real”da çıxış etmiş Məsut Özillə bağlı da fikirləri var.

“Kral klubu”nun prezidenti Özilin Madridə gələrkən sevgilisini Milandan olan bir modellə dəyişdiyini bildirib. Peres həmin dönəmdə “Real”ın baş məşqçisi olan Joze Mourinyo Özilə “İnter” və “Milan”ın demək olar ki, bütün futbolçularının, hətta hər iki klubun texniki işçilərinin də həmin modellə yatdığını deyib. Madrid klubunun prezidenti daha sonra sözlərinə belə davam edib:

“Özil gələndə 21 yaşında idi, sevgilisi vardı, amma Madridi dərhal kəşf etdi və həyat tərzini dəyişdi. Sevgilisini özündən uzaqlaşdırdı, italiyalı modellə birlikdə olmağa başladı. Qız dostunu s… və geri göndərdi”.

Qeyd edək ki, Məsut Özil “Real”da 2010-2013-cü illərdə çıxış edib. Özil hazırda “Fənərbaxça”da çıxış edir.







Xəbər news