31 yanvar 2026. Şənbə

“Məşqçini açıq şəkildə tənqid etməyə heç kimin haqqı yoxdur”- Kovaç


“Məşqçini açıq şəkildə tənqid etməyə heç kimin haqqı yoxdur”- Kovaç

Bayern Münich-in yarımmüdafiəçisi Rafinha oyun praktikasının az olmasından narazıdır.

Corner.az xəbər verir ki, futbolçu buna görə baş məşqçi Niko Kovaçı tənqid edib. Xorvat mütəxəssis tənqidə kəskin reaksiya verib.

“Heç kim özünü klubdan yuxarıda görməsin. Məşqçini açıq şəkildə tənqid etməyə heç kimin haqqı yoxdur. Meydana çıxmayan futbolçu kədərlənir. Bunu başa düşürəm. Buna görə boşboğazlıq etmək olmaz. Rafinya ilə danışdım. Peşman olduğunu bildirdi”,- mütəxəssis deyib.

Braziliyalı 2011-ci ildən Münhen klubunda oynayır. Klubla birlikdə 6 dəfə Almaniya çempionu olub. Ölkə kubokunun və superkubokunun qalibidir. Çempionlar Liqasının kubokunu bir dəfə başı üzərinə qaldırıb.

"Goal.az"







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO