28 may 2026. Cümə axşamı

Raul Real-a qayıdır


Raul Real-a qayıdır

Madrid Real-ının gənclərdən ibarət (U-18) komandasının çalışdırıcısı Alvaro Benito qovulub.

Corner.az xəbər verir ki, mütəxəssis əsas komandanın İspaniya kubokunda Barcelona-ya məğlubiyyətini (0:3) kəskin tənqid edib:

“Vinisius hamını heyran qoyur. Gənc futbolçu əlindən gələni edir. Kazmiro və Kroos kimilər isə, sadəcə, meydanda vaxt keçirir”.

Bundan sonra Benito postundan göndərilb. U-18 Raul Qonsalesə tapşırılacaq.

Xatırladaq ki, o,16 il Real-ın formasını daşıyıb. Klubda keçirdiyi 520 oyunda 228 qol vurub. 16 mükafat əldə edib .

"Goal.az"







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı