31 yanvar 2026. Şənbə

“Məni “günah keçisi”nə çevirmək istəyirlər” - Salanın agenti


“Məni “günah keçisi”nə çevirmək istəyirlər” - Salanın agenti

Təyyarə qəzasında həlak olan argentinalı futbolçu Emiliano Salanın ölümündə onun agenti Villi Makkey günahlandırılır.

Corner.az xəbər verir ki, agent ittihamlara sərt şəkildə cavab verib.

“Məni “günah keçisi”nə çevirmək istəyirlər. Buna imkan vermərəm. Emiliano ilə heç kim maraqlanmırdı. Hoteldə təkbaşına qalmışdı. Cardiff-ə necə gedəcəyini bilmirdi. Uçuş məsələsini özü həll etmək məcburiyyətində idi. Mən kömək etdim. Bəli, şəxsi təyyarəni mən tapdım. Transferə görə 17 milyon avro alıblar. Amma məni “günah keçisin”ə çevirmək istəyirlər. Məni və pilotu günahkar sayırlar. Cardiff klubunun biganəliyi faciəyə səbəb oldu”,- agent deyib.

"Goal.az"







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO