27 oktyabr 2024. Bazar günü

Ramos Messi və Neymar'ı təriflədi


Ramos Messi və Neymar'ı təriflədi

PSJ-nin futbolçusu Serxio Ramos Lionel Messi və Neymarla münasibətləri haqda açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi, sözügedən futbolçular haqda bunları deyib:

“Mən hər zaman ən yaxşılarla oynamağı sevirəm. Messi də dünyanın ən yaxşılarından biridir. Ona hər zaman komandamda yer olacaq.

Neymarın “Barselona”da, mənim “Real”da oynamağıma baxmayaraq, Neymarla yaxşı münasibətlərim var. O, PSJ-yə gəlməyim üçün çoxlu mesajlar yazırdı. Onun bu dəstəyi mənim üçün çox xoş oldu ”.

Ramos PSJ ilə 2 illik müqavilə imzalayıb.







Xəbər news