- Xəbər news
- 22:34 14.11.2024
Argentina milli komandasının qapıçısı Emiliano Martines maraqlı açıqlaması ilə hər kəsi təəccübləndirib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı qolkiper, komandanın kapitanı Lionel Messinin yığma ilə dünya çempionu olması üçün çalışacağını deyib:
“Messi üçün ölməyə hazıram. 4-5 ay əvvəl onunla Amerika kubokunu qazanacağımı dedim və bunu bacardıq. Braziliyalılar belə, Messi üçün Argentinanın qazanmasını istəyirdi. İndi növbədə dünya çempionatı var”.
Messi Argentina yığması ilə ilk kubokunu bu il qazanıb. Yığma Amerika kubokunun qalibi olub.