- Xəbər news
- 22:34 14.11.2024
İngiltərənin “Vulverhempton” klubunun şərəfini qoruyan azərbaycanlı hücumçu Renat Dadaşovun illik qazancı məlum olub.
Corner.az xəbər verir ki, “canavarlar”la müqaviləsi 2023-cü ilin yayına qədər olan 22 yaşlı futbolçu həftəlik 21 min funt-sterlinq (49 min manatdan çox) qazanır. Bu barədə “sportspayouts.com” saytı məlumat yayıb. Dadaşovun klubda illik məvacibi 1 milyon funt-sterlinqdən (2 milyon 340 min manatdan çox) çoxdur.
Gənc hücumçu 2019-cu ilin yayında “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu “canavarlar”ın əsas komandası ilə oyuna çıxmayıb.
Dadaşov Azərbaycan millisində 7 oyuna çıxıb.