27 oktyabr 2024. Bazar günü

Real'ın prezidenti Luiş Fiqudan üzr istədi


Real'ın prezidenti Luiş Fiqudan üzr istədi

 "Real Madrid" klubunun prezidenti Florentino Peres sabiq futbolçu Luiş Fiqodan qalmaqallı səs yazısına görə üzr istəyib.

Corner.az xəbər verir ki, 49 yaşlı keçmiş yarımmüdafiəçi bu barədə "Mundo Deportivo"ya açıqlamasında məlumat verib.

Fiqo 74 yaşlı funksionerlə danışdığını bildirib: "O, məndən üzr istədi və bu məsələ bağlandı".

Qeyd edək ki, daha əvvəl "El Confidencial" nəşri Florentino Peresin səs yazısını yayıb. Peres Madrid təmsilçisinin bir neçə sabiq oyunçusunu və məşqçisini tənqid edib. Peres Fiqonun paltardəyişmə otağında hər şeyi qarışdırdığını və Raul Qonsaleslə birlikdə "ən pis" olduğunu söyləyib.







Xəbər news