27 oktyabr 2024. Bazar günü

Mahirsiz Legiya Krivotsyuk'un komandasını məğlub etdi


Mahirsiz Legiya Krivotsyuk'un komandasını məğlub etdi

Futbol üzrə Polşa çempionatında 1-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, mövsümün açılış turunda iki azərbaycanlı futbolçunun komandaları qarşılaşıb.

Mahir Emrelinin formasını geyindiyi “Legiya” doğma meydanda Anton Krivotsyuklu “Visla” (Plok)nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb.

Mahir bu görüşün iştirakçısı olmayıb. Səhhətində problem olan futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Krivotsyuk isə Polşa çempionatındakı ilk rəsmi matçında 90 dəqiqə meydanda olub.







Xəbər news