16 dekabr 2025. Çərşənbə axşamı

Yunanlı futbolçu müqaviləsinin ləğv etmədi, əvəzedici komandaya göndərildi


Yunanlı futbolçu müqaviləsinin ləğv etmədi, əvəzedici komandaya göndərildi

Portuqaliyanın “Benfika” klubunda yarımmüdafiəçi Andreas Samaris əvəzedici komandaya göndərilib.

Corner.az xəbər verir ki, 32 yaşlı futbolçu klubla müqaviləsini ləğv etmək istəmədiyi üçün ikinci komandaya göndərilib. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

“Benfika” maliyyə problemlərinə görə yunan futbolçunu klubdan göndərmək istəsə də, yunanlı futbolçu bununla razılaşmayıb. Portuqaliya təmsilçisinin baş məşqçisi Jorje Jezus onu bu qərarından sonra əvəzedici komandaya göndərib.

Samaris, 2014-cü ilin yayından “Benfika”da çıxış edir.Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.







Xəbər news