27 oktyabr 2024. Bazar günü

Dadaşovun komandasına 1 qol bəs etdi


Dadaşovun komandasına 1 qol bəs etdi

Futbol üzrə ABŞ birinci liqasında 14-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “San Dieqo Loyal”ın qonağı olub. “Finiks Rayzinq” bu oyundan minimal hesablı qələbə ilə ayrılıb – 1:0.

Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.

Cari mövsümdə keçirdiyi 13 oyunda 29 xal toplayan “Finiks Rayzinq” hazırda zirvədə qərarlaşıb. Dadaşov isə bu mövsüm meydana çıxdığı 12 oyunda 3 qol vurub.







Xəbər news